gundemkocaeli.net
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Ana Sayfa Gündəm 11.09.2026 11 Görüntüleme

TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU

HÖRMƏTLİ İZLƏYİCİLƏR !

EFİRİMİZDƏ YAYIMLANAN MÜSAHİBƏ

GORANBOY RAYON QIZILHACILI QƏSƏBƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN HƏKİM  STOMATOLOQ ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLUNA HƏSR OLUNUB.

​Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı, ən parlaq səhifəsi olan Böyük Zəfərimiz hər birimizin qəlbini sarsılmaz fəxarət və qürur hissi ilə doldurur. Otuz ilə yaxın həsrətdən sonra torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi milli qürurumuzun, birliyimizin və əzmkarlığımızın təntənəsidir.

​Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakini, həkim kimi fəaliyyət göstərdiyim ilk gündən insanlara xidməti özünə borc bilən bir vətəndaş olaraq, bu tarixi Zəfərin sevincini yaşamaq mənim üçün sözlə ifadə edilməyəcək qədər böyük şərəfdir. Bizə bu tarixi qələbəni bəxş edən Müzəffər Ali Baş Komandanımıza, gecəsini gündüzünə qataraq dastan yazan rəşadətli Azərbaycan Ordusuna, hər bir əsgər və zabitimizə sonsuz minnətdarıq.

​Bu Qələbə təkcə hərbi gücün deyil, həm də xalq-dövlət-ordu birliyinin sarsılmaz təzahürüdür. Vətən uğrunda canından keçən müqəddəs şehidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Qazilərimizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Onların qanı və canı hesabına qazanılan bu zəfər gələcək nəsillər üçün ən böyük qürur mənbəyi və örnək olaraq qalacaqdır.

​Bu gün hər birimiz öz sahəmizdə — istər səhiyyə, istər təhsil, istərsə də digər sahələrdə vicdanla çalışaraq, azad olunmuş torpaqlarımızda ucalan bayrağımıza layiq olmalı, güclü Azərbaycanın inkişafına öz töhfəmizi verməliyik.

​Zəfərimiz əbədi, birliyimiz sarsılmaz, dövlətimiz var olsun!

Hörmətlə,

Goranboy rayonu, Qızılhacılı qəsəbəsi

Diş həkimi Stomatoloq Əhmədov Elşən Şahlar oğlu

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com