Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqZurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
“Qara dənizə “çıxış qapısı” və mühüm regional mərkəz rolunu oynayan Acarıstan üçün Azərbaycanla dostluq və peşəkar əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradze Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə keçirdiyi görüşdə deyib.
Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasındakı strateji tərəfdaşlıq və əsrlərə söykənən dostluq əlaqələri ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm təməl yaradır.
Zurab Pataradze bu kontekstdə qardaş şəhərlər arasındakı əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu əlaqələrin mühüm layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Hökumət başçısı görüş zamanı ikitərəfli münasibətlərin əsas aspektlərininin və tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunduğunu vurğulayıb.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

