gundemkocaeli.net
Nazir: Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib

Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını
Ana Sayfa Gündəm 10.09.2026 7 Görüntüleme

Nazir: Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir

“Təhsilə qoyulan investisiyanın faydaları yalnız təhsil sistemi ilə məhdudlaşmır”.

 

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir və bu yanaşmanı tərəfdaş ölkələrdən olan gənclər üçün konkret imkanlara çevirməyə ardıcıl şəkildə çalışır.

 

“Bu baxımdan ən mühüm mexanizmlərdən biri beynəlxalq təhsil qrantı proqramlarımızdır.

 

2018–2023-cü tədris illəri ərzində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş xüsusi təhsil qrantı proqramları 200-ə yaxın əcnəbi tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı yaradıb”, – deyə nazir qeyd edib.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com