gundemkocaeli.net
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib

Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını
Ana Sayfa Gündəm 10.09.2026 6 Görüntüleme

Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti Xəlilur Rəhmanla görüşüb.

 

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

 

Görüşdə Azərbaycan-BMT münasibətlərinə nəzər salınıb, Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər barədə danışılıb, bu sahədə Azərbaycan parlamentinin və onun həyata keçirdiyi parlament diplomatiyasının çoxtərəfliliyin inkişafındakı rolu vurğulanıb. Spiker Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidentinə məlumat verib.

 

Söhbət zamanı tərəflər BMT-nin Parlamentlərarası İttifaqla (PAİ) əlaqələrinin inkişafı haqqında fikirlərini bölüşüblər.

 

Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com