DOĞUM GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT – KAMRAN MƏMMƏDOV !
PREZİDENT CƏNAB İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜDÜR.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
Qeyd edək ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
Qubalılar adından Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, dövləti fəaliyyətində uğurlar arzulayırıq. Biz qubalılar hər zaman Qarabağımızı, Şuşamızı bizlərə bəxş edən qalib Sərkərdənin yanındayıq!

QUBA RAYON ALEKSEYEVKA KƏNDİ .
HÖRMƏTLƏ KAMRAN HƏKİM !
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU
-
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib
-
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
-
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
-
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
-
ŞANLI QƏLƏBƏNİN TƏNTƏNƏSİ : ƏZM, BİRLİK VƏ İNTİBAH YOLU


