Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!” Bizim WhatsApp kanalımıza
Şükriyyə nənəmə sual verdim ki, Stalin kim olub? O zaman 12 yaşım var idi. Nənəm haldan-hala düşdü, nəfəsi sanki düyünləndi. Dedi ki, onun adını çəkmə! Həmin hadisə yadıma düşəndə hələ də özümü bağışlaya bilmirəm. Nənəm Qazaxıstanın Akmola düşərgəsinə sürgün olunmuşdu. Həmin düşərgədə repressiya olunmuş ailələrin qadınları saxlanılırdı. Ora əmək düşərgəsi idi. Nənəm bir gün qamış toplamağa gedir. Görür ki, qarın içərisində itlər nəyisə öz aralarında bölüşdürə bilmir, yemi bölə bilmirlər. Bir az qabağa gedən kimi görür ki, yeni doğulmuş körpə cəsədidir. Sən demə düşərgədə hansısa qadın çətin şərait içərisində ana olur. Az keçmir ki, körpə ölür. Nəzarətçilər də bu körpəni çölə tullayırlar. Həmin hadisədən nənəm çox sarsılır. Bu, onun sinir sisteminə də təsirsiz ötüşmür. Ona görə də Stalinin zülmündən danışmağı sevmirdi, haldan-hala düşürdü. Şükriyyə nənəm ömrünün son illərini Şəmkirdəki evində keçirdi. Yay tətillərində, xüsusi bayramlarda onun yanına gedib qalırdım. Onun kimi güclü qadının tərbiyəsini almaq mənə nəsib olub. O dünyasını dəyişəndə 13 yaşım var idi. Amma buna baxmayaraq, xatirələrim çoxdur. Çox ağır həyat yolu keçmişdi, ömrü boyu da haqsızlığa qarşı mübarizə aparmışdı. Nənəm sürgündə olanda 5 övladından uzaq düşür. O illərdə övladlarının hərəsi bir internata verilir. İkinci Dünya müharibəsi başlayanda böyük oğulları Niyazi və Aydın babam cəbhəyə yollanırlar. Kiçik oğulları Yılmazı da kənd camaatı böyüdür. Şükriyyə nənəm sürgündən qayıdan günədək Əhməd Cavadın uşaqlarına sahib çıxırlar”, – deyə Cavad Axundzadə bildirib.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU
-
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib
-
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
-
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
-
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
-
ŞANLI QƏLƏBƏNİN TƏNTƏNƏSİ : ƏZM, BİRLİK VƏ İNTİBAH YOLU

