Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
Şanlı Zəfərimizin Zirvəsində: Tarix Yazan Qəhrəmanlarımız Və Yeni Başlayan Həyat Tarix hər xalqın talİlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
Axar.az xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq ölkəyəə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.
Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.
Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olundu. Bu xüsusda siyasi, iqtisadi-ticar, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulandı.Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

