Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqŞri-Lanka Prezidenti Azərbaycan liderini təbrik edib
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Əlamətdar bayram – ölkənizin Müstəqillik Günü münasibətilə Şri-Lanka hökuməti adından və şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.
Şri-Lanka ilə Azərbaycan arasında xoş mərama və qarşılıqlı anlaşmaya əsaslanan sıx və mehriban münasibətlər mövcuddur. Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı rifahı naminə növbəti illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

