gundemkocaeli.net
Bu yaşayış məntəqələrinin adları dəyişdirildi » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT

Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT

Şanlı Zəfərimizin Zirvəsində: Tarix Yazan Qəhrəmanlarımız Və Yeni Başlayan Həyat ​Tarix hər xalqın tal
Ana Sayfa Gündəm 23.10.2026 9 Görüntüleme

Bu yaşayış məntəqələrinin adları dəyişdirildi

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.

 

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə –”Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər haqda qanunu imzalayıb.

 

Sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çinarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılır. Adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.

 

Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com