gundemkocaeli.net
Füzuli şəhərinə daha 39 ailə yola salınıb » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU

TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU

HÖRMƏTLİ İZLƏYİCİLƏR ! EFİRİMİZDƏ YAYIMLANAN MÜSAHİBƏ GORANBOY RAYON QIZILHACILI QƏSƏBƏSİNDƏ FƏALİYYƏT
Ana Sayfa Gündəm 22.04.2024 52 Görüntüleme

Füzuli şəhərinə daha 39 ailə yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 172 nəfər nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli

Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com