gundemkocaeli.net
Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiy
Ana Sayfa Gündəm 22.10.2026 12 Görüntüleme

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiqləyib.

 

Axar.az xəbər verir ki, dövlət başçısı bu barədə 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiqi haqqında qanun layihəsini imzalayıb.

 

Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu da təsdiqləyib.

 

Bildirilib ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

 

Həmçinin Prezident İlham Əliyev 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”i də təsdiq edib.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com