Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqAZƏRBAYCANIN TARİXİ ZƏFƏRİ: HAQQIN, İRADƏNİN VƏ MÜZƏFFƏR RUHUN ZƏFƏR TƏNTƏNƏSİ – ELŞƏN MƏMMƏDOV
AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİ: HAQQIN, İRADƏNİN VƏ MÜZƏFFƏR RUHUN ZƏFƏR TƏNTƏNƏSİ – ELŞƏN MƏMMƏDOV
Ata-babalarımızın əsrlər boyu qoruyub saxladığı müqəddəs torpaq sevgisi, xalqımızın polad kimi möhkəm birliyi və Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi Azərbaycanı tarixin ən şanlı səhifəsinə — Böyük Qələbəyə çatdırdı. Bu Qələbə yalnız hərbi gücün, strateji üstünlüyün deyil, həm də ədalətin, milli qürurun və zəfər əzminin təntənəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycanın adını cahanın hərbi və siyasi tarixinə qızıl hərflərlə yazdı.
30 ilə yaxın bir müddətdə işğal altında qalan, hər daşı, hər qarışı nisgilimizə çevrilən Qarabağ torpağı yenidən öz həqiqi sahiblərinin nəfəsi ilə dirçəldi. Hər bir azərbaycanlının qəlbində bir məşəl kimi yanan “Qarabağ Azərbaycandır!” şüarı ordu ilə xalqı, ön cəbhə ilə arxa cəbhəni vahid bir yumruq kimi birləşdirdi. O polad yumruq Dəmir Yumruğa çevrilərək düşmənin belini qırdı və regiona əbədi ədaləti bərpa etdi.
Şuşa Zəfəri isa bu şanlı salnamənin zirvəsi oldu. Sıldırım qayaları yararaq, canı və qanı bahasına doğma şəhərinə doğru irəliləyən igid əsgər və zabitlərimiz dünya hərb tarixinə əsl qəhrəmanlıq dərsi keçdilər. Azərbaycan əsgəri təkcə torpaqlarımızı azad etmədi, o, həm də gələcək nəsillər üçün unudulmaz bir rəşadət və vətənpərvərlik irsi qoydu.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız azadlığımızın və suverenliyimizin əbədi simvoludur. Qələbədən dərhal sonra başlayan böyük quruculuq işləri, tikilən yollar, bərpa olunan kəndlər və şəhərlər göstərir ki, Azərbaycan xalqı təkcə döyüşməyi deyil, öz torpağını yaratmağı, yaşatmağı və əbədi etməyi də bacaran böyük xalqdır.
Biz bu möhtəşəm Zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə cansağlığı arzulayırıq. Müasir Azərbaycan dövlətinin gücü, xalqımızın həmrəyliyi və Liderimizin qətiyyəti bundan sonra da dövlətimizi yalnız və yalnız yeni qələbələrə, daha yüksək zirvələrə aparacaqdır.
Qarabağ Azərbaycandır !
HÖRMƏTLƏ :
“GOLD İMPERİAL “ RESTORANIN RƏHBƏRİ ELŞƏN MƏMMƏDOV
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

