Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müq“Global Infrastructure Partners”in təsisçisi: “Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim”
“Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib”.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi deyib.
O bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin nailiyyətləridir. Azərbaycan Türkiyə və Avropa üçün təbii qazın əsas tədarükçülərindən birinə çevrilib. Ölkə böyük inkişaf yolu keçib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri geri qaytarılıb və sülh müqaviləsinin paraflanması həyata keçirilib. Azərbaycan ABŞ, Avropa, Türkiyə ilə çox güclü əlaqələr qurub, Çin və Rusiya ilə əlaqələr inkişaf edir. COP29-a ev sahibliyi edib. “Ona görə də Azərbaycan xalqı İlham Əliyevi 5 dəfə Prezident seçib. Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim”, – deyə Adebayo Oqunlesi bildirib.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

