gundemkocaeli.net
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olundu » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müq
Ana Sayfa Gündəm 24.09.2026 19 Görüntüleme

Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olundu

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dominikanlı həmkarı Roberto Alvarez Gil ilə görüşüb.

 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında paylaşım edilib.

 

Görüş zamanı Azərbaycan-Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılmasının vacibliyini vurğulayıblar.

 

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın daha da inkişaf etdirilməsi perspektivləri xüsusi qeyd olunub.

 

Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş imzalanıb.

 

Bundan əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Qeyd olunub ki, yeni sənədlər iki ölkə arasında institusional əməkdaşlıq çərçivəsinin genişləndirilməsinə və Azərbaycan-Dominikan Respublikası münasibətlərinin daha da inkişafına əhəmiyyətli töhfə verəcək.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com