gundemkocaeli.net
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Kapital Bank istiqrazlarının BFB-də yerləşdirilməsi yekunlaşdı

Kapital Bank istiqrazlarının BFB-də yerləşdirilməsi yekunlaşdı

Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan AZ2008005152 qeydiyyat nömrəli
Ana Sayfa Gündəm 11.09.2026 31 Görüntüleme

Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır

“Qara dənizə “çıxış qapısı” və mühüm regional mərkəz rolunu oynayan Acarıstan üçün Azərbaycanla dostluq və peşəkar əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

 

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradze Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə keçirdiyi görüşdə deyib.

 

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasındakı strateji tərəfdaşlıq və əsrlərə söykənən dostluq əlaqələri ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm təməl yaradır.

 

Zurab Pataradze bu kontekstdə qardaş şəhərlər arasındakı əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu əlaqələrin mühüm layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Hökumət başçısı görüş zamanı ikitərəfli münasibətlərin əsas aspektlərininin və tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunduğunu vurğulayıb.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Maraqınızı çəkə bilər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com