gundemkocaeli.net
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU

TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU

HÖRMƏTLİ İZLƏYİCİLƏR ! EFİRİMİZDƏ YAYIMLANAN MÜSAHİBƏ GORANBOY RAYON QIZILHACILI QƏSƏBƏSİNDƏ FƏALİYYƏT
Ana Sayfa Gündəm 27.06.2026 43 Görüntüleme

MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib

26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.

 

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.

 

Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, üzərinə tər qızılgüllər düzüb, ruhuna ehtiram göstərib.

 

Sonra fəxri qarovulun iştirakı ilə Zəfər parkı və Hərbi Memorial Məzarlıq ziyarət olunub, abidələrin önünə əklillər qoyularaq şəhidlərimizin xatirəsi yad edilib.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com