gundemkocaeli.net
Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Ana Sayfa Gündəm 24.02.2026 31 Görüntüleme

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

 

APA xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, Birinci Qarabağ müharibəsi dövründə ermənilər soydaşlarımıza qarşı soyqırım cinayətləri törədib.

 

Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Qələbə sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınıb.

 

Spiker təklif edib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

 

Parlamentdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com