Hikmət Hacıyev: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər
Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün imkan var.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb.
O qeyd edib ki, ABŞ-nin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyi müşahidə edilir:
“Hazırkı ABŞ administrasiyası ilə biz ikitərəfli münasibətləri tamamilə yeni səviyyəyə çatdırmaq üçün böyük fürsət görürük və düşünürük ki, bu əlaqələri hətta strateji tərəfdaşlıq nöqtəsinə çatdırmaq imkanı var. Çox təəssüf ki, Bayden administrasiyası ilə bizim ünsiyyətimiz alınmadı və onlardan hər hansı bir strateji regional mövqe nümayişi görmədik. Lakin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyini görürük”.
Prezidentin köməkçisi vurğulayıb ki, Donald Trampın ilk prezidentliyi dövründə onun iştirakı Trans-Adriatik Boru Kəmərinin (TAP) uğurunu təmin edib:
“Onun iştirakı, siyasi vurğusu həmin layihəni reallığa çevirdi və biz buna görə ona çox minnətdarıq. TAP hazırda Avropa enerji təhlükəsizliyinə səmərəli töhfə verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz təbii qazını 12 ölkəyə ixrac edir və onlardan 10-u Avropa dövlətidir. Biz münasibətlərimizin coğrafiyasını daha da genişləndirməyi səbirsizliklə gözləyirik”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU
-
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib
-
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
-
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
-
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
-
ŞANLI QƏLƏBƏNİN TƏNTƏNƏSİ : ƏZM, BİRLİK VƏ İNTİBAH YOLU

