Kapital Bank istiqrazlarının BFB-də yerləşdirilməsi yekunlaşdı
Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan AZ2008005152 qeydiyyat nömrəliAzərbaycan və Tunis XİN rəhbərləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib
8 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində Tunis Respublikasının xarici işlər, immiqrasiya, və xaricdəki tunislilər naziri Məhəmməd Əli Əl-Nafti ilə görüşüb.
APA xəbər verir ki, görüş zamanı, Azərbaycan və Tunis arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ortaq dini və mədəni köklərlə bağlı olan ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, habelə bu istiqamətdə geniş potensialın mövcud olduğu qeyd edilib.
Bu xüsusda, Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Tunis arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

