Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər
Dövlət və hökumət rəsmilərinin “Ana harayı” abidəsini ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev və qurumun əməkdaşları abidənin önünə çiçək dəstələri düzüb, Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər.
Həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və rəhbərlik etdiyi qurumun işçiləri Xocalı faciəsinin qurbanlarının xatirəsini anıblar.
Başda Elçin Quliyev olmaqla Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və nümayəndələri də “Ana harayı” abidəsini ziyarət ediblər.
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Bakıdakı “Ana harayı” abidəsini ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, ölkəmizdəki dini konfessiyaların rəhbərləri abidəni ziyarət edərək, qarşısına tər çiçəklər düzüb, soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Milli Məclisin deputatları da Xocalı faciəsinin qurbanlarının xatirəsini yad ediblər.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev və rəhbəri olduğu qurumun əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizov və qurumun əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və qurumun əməkdaşları da “Ana harayı” abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
10:32
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin “Ana harayı” abidəsini ziyarəti başlayıb.
Oxu.Az xəbər verir ki, respublikanın baş prokuroru Kamran Əliyev və Baş Prokurorluğun əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da “Ana harayı” abidəsini ziyarət edib, faciə qurbanlarını yad edib.
Mədəniyyət naziri Adil Kərimli və qurumun əməkdaşları da Xocalı sıyqırımının qurbanlarını yad edib, “Ana harayı” abidəsinin önünə gül dəstələri düzüblər.
Xatırladaq ki, Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU
-
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib
-
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
-
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
-
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
-
ŞANLI QƏLƏBƏNİN TƏNTƏNƏSİ : ƏZM, BİRLİK VƏ İNTİBAH YOLU

