FHN-in Şimal Regional Mərkəzi ağacəkmə aksiyası keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi yanğınlar nəticəsində məhv olmuş meşəlik ərazilərin bərpası məqsədilə “Meşələrimizi yanğından qoruyaq” devizi altında ağacəkmə aksiyası keçirib.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, Şabran rayonu ərazisində keçirilən ağacəkmə aksiyasında Regional Mərkəzin şəxsi heyəti ilə yanaşı, Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Şimal Regional Mərkəzi tərəfindən əvvəlcə ağacəkmə aksiyasının keçiriləcəyi ərazi xüsusi texnikalar vasitəsilə yanmış ağaclardan və kol-kosdan təmizlənib, şumlanıb, ağacların əkilməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra müxtəlif növ 200 ədəd meşə ağacının tingi əkilib və 50 kq palıd toxumu səpilib.
Tədbirin keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdən ibarət olub.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU
-
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib
-
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
-
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
-
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
-
ŞANLI QƏLƏBƏNİN TƏNTƏNƏSİ : ƏZM, BİRLİK VƏ İNTİBAH YOLU

