Bu ərazilərə də metro çəkiləcək – ADLAR AÇIQLANDI
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına əsasən Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.
Maraqlıdır, hansı ərazilərə metro çəkilə bilər?
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi əsas prioritetlərdəndir:
“Bakı Metropoliteni xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur. Hazırda cəmi 28 stansiyamız var. Bu o deməkdir ki, gələcəkdə Xırdalana da, Lökbatana da metro çəkmək mümkün ola bilər”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
TARİXİ ZƏFƏRİMİZİN QÜRURU : VƏTƏNİMİZƏ,MÜZƏFFƏR ORDUMUZA VƏ İGİDLƏRİMİZƏ MİNNƏTDARIQ ! – ƏHMƏDOV ELŞƏN ŞAHLAR OĞLU
-
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib
-
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
-
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
-
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
-
ŞANLI QƏLƏBƏNİN TƏNTƏNƏSİ : ƏZM, BİRLİK VƏ İNTİBAH YOLU

