gundemkocaeli.net
XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni AÇIQLAMA » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müq
Ana Sayfa Gündəm, Siyasət 31.01.2025 73 Görüntüleme

XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni AÇIQLAMA

Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir.

Bu barədə  Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu girişin icazəsiz olduğunu vurğulayaraq gəmiləri saxlayıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə sonuncu açıqlamasında bildirib ki, qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də aparılan danışılarda müsbət irəliləyişlər müşahidə olunub.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com