Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqParisdə idmançılarımıza verilən keyfiyyətsiz medallardan XƏBƏR VAR
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən və medal qazanan Azərbaycan idmançılardan 5 nəfərin medalları keyfiyyətini itirib. Bu idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktubla müraciət olunub.
BOK-dan Milli Olimpiya Komitəsinə məlumat verilib ki, medal qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkilləri Beynəlxalq Olimpiya Komitəsinə göndərilsin.
BOK müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan yeddi idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (-73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (-100 kq) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

