gundemkocaeli.net
“Azərbaycan xalqına böyük faciə üz verib” » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Ana Sayfa Gündəm 25.12.2024 52 Görüntüleme

“Azərbaycan xalqına böyük faciə üz verib”

“Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm. Onların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm, başsağlığı verirəm. Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirdiyi müşavirədə bildirib.

“Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı.

Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun”, – Prezident vurğulayıb

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com