gundemkocaeli.net
Dövlət Xidmətində Anım Günü ilə bağlı tədbir keçirilib » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müq
Ana Sayfa Gündəm 27.09.2024 57 Görüntüleme

Dövlət Xidmətində Anım Günü ilə bağlı tədbir keçirilib

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində tədbirlər keçirilib.

Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib, məzarları ziyarət edilərək üzərilərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.

Daha sonra Xidmətin şəxsi heyəti Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib, parkın girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyublar.

Həmçinin şəhidlərin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında da 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Maraqınızı çəkə bilər

Təhsil sektorunda daha bir KORRUPSİYA

Təhsil sektorunda daha bir KORRUPSİYA

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com