Kapital Bank istiqrazlarının BFB-də yerləşdirilməsi yekunlaşdı
Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan AZ2008005152 qeydiyyat nömrəliJurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılıb? – RƏSMİ AÇIQLAMA
Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılıb? – RƏSMİ AÇIQLAMA
Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasında bəzi kommunal xidmətlərin dayandırılacağı barədə iddialara aydınlıq gətirilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən belə bir qərar verilməyib.
“Binanın su təminatında heç bir problem yoxdur”, – deyə o qeyd edib.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu da Oxu.Az-a açıqlamasında deyib ki, sözügedən binada elektrik enerjisinin verilişi dayandırılmayıb.
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyevə də sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusunu cavablandıran E.Vəliyev “Azəriqaz” tərəfindən binada hər hansı məhdudlaşdırılma olmadığını qeyd etdi:
“Sözügedən bina sakinləri ilə bizim qurumun heç bir problemi yoxdur. Çünki binalarda quraşdırılan sayğaclar smart-kart tipli sayğaclardır. Yəni abonentlər əvvəlcədən ödənişini edəndən sonra mavi yanacaqdan istifadə edirlər”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

