gundemkocaeli.net
AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİ: HAQQIN, İRADƏNİN VƏ MÜZƏFFƏR RUHUN ZƏFƏR TƏNTƏNƏSİ – ELŞƏN MƏMMƏDOV » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiy
Ana Sayfa Gündəm 2.10.2026 26 Görüntüleme

AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİ: HAQQIN, İRADƏNİN VƏ MÜZƏFFƏR RUHUN ZƏFƏR TƏNTƏNƏSİ – ELŞƏN MƏMMƏDOV

AZƏRBAYCANIN TARİXİ ZƏFƏRİ: HAQQIN, İRADƏNİN VƏ MÜZƏFFƏR RUHUN ZƏFƏR TƏNTƏNƏSİ – ELŞƏN MƏMMƏDOV

​Ata-babalarımızın əsrlər boyu qoruyub saxladığı müqəddəs torpaq sevgisi, xalqımızın polad kimi möhkəm birliyi və Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi Azərbaycanı tarixin ən şanlı səhifəsinə — Böyük Qələbəyə çatdırdı. Bu Qələbə yalnız hərbi gücün, strateji üstünlüyün deyil, həm də ədalətin, milli qürurun və zəfər əzminin təntənəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycanın adını cahanın hərbi və siyasi tarixinə qızıl hərflərlə yazdı.

​30 ilə yaxın bir müddətdə işğal altında qalan, hər daşı, hər qarışı nisgilimizə çevrilən Qarabağ torpağı yenidən öz həqiqi sahiblərinin nəfəsi ilə dirçəldi. Hər bir azərbaycanlının qəlbində bir məşəl kimi yanan “Qarabağ Azərbaycandır!” şüarı ordu ilə xalqı, ön cəbhə ilə arxa cəbhəni vahid bir yumruq kimi birləşdirdi. O polad yumruq Dəmir Yumruğa çevrilərək düşmənin belini qırdı və regiona əbədi ədaləti bərpa etdi.

​Şuşa Zəfəri isa bu şanlı salnamənin zirvəsi oldu. Sıldırım qayaları yararaq, canı və qanı bahasına doğma şəhərinə doğru irəliləyən igid əsgər və zabitlərimiz dünya hərb tarixinə əsl qəhrəmanlıq dərsi keçdilər. Azərbaycan əsgəri təkcə torpaqlarımızı azad etmədi, o, həm də gələcək nəsillər üçün unudulmaz bir rəşadət və vətənpərvərlik irsi qoydu.

​Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız azadlığımızın və suverenliyimizin əbədi simvoludur. Qələbədən dərhal sonra başlayan böyük quruculuq işləri, tikilən yollar, bərpa olunan kəndlər və şəhərlər göstərir ki, Azərbaycan xalqı təkcə döyüşməyi deyil, öz torpağını yaratmağı, yaşatmağı və əbədi  etməyi də bacaran böyük xalqdır.

​Biz bu möhtəşəm Zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə cansağlığı arzulayırıq. Müasir Azərbaycan dövlətinin gücü, xalqımızın həmrəyliyi və Liderimizin qətiyyəti bundan sonra da dövlətimizi yalnız və yalnız yeni qələbələrə, daha yüksək zirvələrə aparacaqdır.

Qarabağ Azərbaycandır !

 

HÖRMƏTLƏ :

“GOLD İMPERİAL “ RESTORANIN RƏHBƏRİ  ELŞƏN MƏMMƏDOV 

​

​

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com