gundemkocaeli.net
ZƏFƏR TARİXİMİZİN ƏBƏDİ QƏHRƏMANLIĞI – CƏFƏROV RÖVŞƏN HİCRAN OĞLU » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müq
Ana Sayfa Gündəm 29.09.2026 14 Görüntüleme

ZƏFƏR TARİXİMİZİN ƏBƏDİ QƏHRƏMANLIĞI – CƏFƏROV RÖVŞƏN HİCRAN OĞLU

Zəfər Tariximizin Əbədi Qəhrəmanlığı: Şanlı Qələbəyə Həkim Baxışı

​Azərbaycan xalqının çoxəsrlik dövlətçilik və hərb tarixində 44 günlük Vətən müharibəsi bənzərsiz bir şərəf, qürur və milli ləyaqət zirvəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın polad kimi möhkəm birliyi sayəsində Otuz illik həsrətə son qoyuldu, tarixi ədalət bərpa olundu.

​Bu Qələbə təkcə hərbi meydanda əldə edilən zəfər deyil, həm də milli ruhun, cəsarətin və sarsılmaz iradənin təntənəsidir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hər bir azərbaycanlının qəlbində əbədi bir məşəl kimi yanır. Onların şücaəti olmasaydı, bu gün qürurla addımladığımız azad Şuşa, Kəlbəcər, Laçın və digər doğma guşələrimiz yenə də işğal altında qalardı.

​Tibb işçisi, insan sağlamlığının keşiyində duran bir həkim kimi yaxşı bilirəm ki, həyat bəxş etmək və ya bir ağrını sakitləşdirmək necə müqəddəs bir vəzifədir. Lakin cəbhədə dastan yazan oğullarımız Vətənin sağlamlığı və gələcəyi üçün öz canlarını sipər etdilər. Müharibə dövründə tibb işçilərinin də arxa və ön cəbhədə göstərdiyi fədakarlıqlar, yaralı əsgərlərimizi həyata qaytarmaq üçün verdiyi mübarizə Qələbə tariximizin ayrılmaz hissəsidir.

​Bu gün Qalib Dövlətin və Qalib Xalqın nümayəndəsi olaraq başımızı uca tuturuq. Azad olunmuş torpaqlarımızda aparılan genişquruşluq işləri, yenidən doğulan şəhər və kəndlərimiz Azərbaycanın gələcəyə inamla irəlilədiyini göstərir.

​Şanlı Qələbəmizi bizə bəxş edən Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımı bildirir, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Zəfərimiz əbədi, dövlətimiz qüdrətli olsun!

​Cəfərov Rövşən Hicran oğlu

Salyan rayonu, Stomatoloq həkim

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com