gundemkocaeli.net
“Qarabağın Zəfər Təbəssümü: Bir Ağdamlı Həkimin Qələbə Qeydləri” – ELNUR ZEYNALOV » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiy
Ana Sayfa Gündəm 29.09.2026 35 Görüntüleme

“Qarabağın Zəfər Təbəssümü: Bir Ağdamlı Həkimin Qələbə Qeydləri” – ELNUR ZEYNALOV

Qarabağ Zəfəri – Azərbaycan xalqının polad iradəsinin, xilaskar Ordumuzun rəşadətinin və Ali Baş Komandanımızın dəmir yumruğunun tarixi təcəssümüdür. Neçə-neçə nəslin həsrətlə gözlədiyi o müqəddəs gün – 44 günlük Vətən müharibəsi ilə gerçəkləşdi və adı qızıl hərflərlə tariximizə həkk olunan Şanlı Qələbəmiz təmin edildi.

​Ağdam rayonunun Üçoğlan kəndindən olan bir həkim, bir stomatoloq kimi hər gün insanlara təbəssüm, sağlamlıq və həyat sevinci bəxş etməyə çalışıram. Lakin bu gün bizim çöhrəmizdəki ən böyük, ən qürurlu təbəssümün mənbəyi məhz Vətən torpaqlarımızın azadlığıdır! Otuz ilə yaxın bir müddətdə doğma Ağdamımızın, onun hər bir kəndinin və Qarabağın hər qarışının həsrətini qəlbimizdə daşıdıq. Bu həsrət bizə heç vaxt ruhdan düşməyə imkan vermədi; əksinə, birliyimizi, inamımızı və mübarizə əzmimizi daha da möhkəmləndirdi.

​Zəfər yolu xalqımızın monolit birliyindən Keçdi. Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən rəşadətli əsgər və zabitlərimiz dastanlar yazdı. Şuşa zirvəsində ucaldılan üçrəngli bayrağımız, Ağdamın işğaldan azad edilməsi və bütün Qarabağda yenidən həyatın canlanması hər bir azərbaycanlının qürur mənbəyinə çevrildi. Müzəffər Ordumuz yalnız torpaqlarımızı azad etmədi, həm də xalqımızın milli mənliyini, sınmaz qürurunu özünə qaytardı.

​Bu gün işğaldan azad edilmiş Ağdam yenidən doğulur, sürətlə bərpa olunur və Böyük Qayıdışın parlaq nümunəsinə çevrilir. Doğma kəndimiz Üçoğlanın və bütün Ağdamın səması artıq azad və hürrdür! Biz — həkimlər, ziyalılar, hər bir peşə sahibi olan azərbaycanlılar — Zəfərimizin qorunması, azad olunmuş torpaqlarımızın abadlaşdırılması və güclü dövlətimizin daha da inkişafı üçün var qüvvəmizlə çalışmalı, bu tarixi missiyaya öz töhfəmizi verməliyik.

​Bizə bu möhtəşəm Qələbə sevincini və qürurunu bəxş edən şəhidlərimizin əziz xatirəsi önündə baş əyir, qazilərimizə uzun ömür, şanlı Ordumuza isə daimi zəfərlər arzulayırıq!

​Qarabağ Azərbaycandır! Ağdam bizimdir, Zəfər bizimdir!

​HÖRMƏTLƏ ,

STOMATOLOQ  ELNUR ZEYNALOV 

Ağdam rayonu, Üçoğlan kəndi

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com