gundemkocaeli.net
İlham Əliyev: “Bu gün 2 mühüm sənəd imzalanacaq” » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiy
Ana Sayfa Gündəm 26.09.2026 19 Görüntüleme

İlham Əliyev: “Bu gün 2 mühüm sənəd imzalanacaq”

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb.

 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə bildirib.

 

“Bu gün “Abşeron” yatağının II mərhələsinin işlənməsi üzrə müqavilə imzalanacaq ki, bu da 3-4 ildən sonra Azərbaycanda qaz hasilatını daha 5 milyard kubmetr artıracaq. “Exxon” şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə daha bir müqavilə imzalanacaq”, – dövlət başçısı deyib.

 

Prezident İlham Əliyevin sözlərinə görə, beləliklə, neft-qaz sektoru əvvəlki kimi ən cəlbedici seqmentlərdən biri və investisiya həcmləri baxımından ən böyük seqment olacaq: “Bu, uzunmüddətli perspektivdir”.

 

Azərbaycan Prezidenti vurğulayıb ki, hazırda qalıq yanacağına münasibətdə əsas avroatlantik trend ABŞ Prezidenti Donald Trampın sayəsində dəyişib.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com