gundemkocaeli.net
Sahil Babayev nələrə hazırlaşır? – Şok detallar açıqlandı » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Ana Sayfa Gündəm 10.02.2025 42 Görüntüleme

Sahil Babayev nələrə hazırlaşır? – Şok detallar açıqlandı

Maliyyə Nazirliyində əsaslı struktur islahatlarına start veriləcək.

Axar.az xəbər verir ki, Gundem.info.az saytı öz mənbələrinə istinadla artıq islahatlarla bağlı müvafiq təkliflərin müzakirə edildiyini yazıb.

İddiaya görə, nazirlik daxilində öncə müvafiq olaraq yerli idarələrin birləşdirilməsinə başlanacaq. Bir sıra digər nazirliklərdə olduğu kimi, Maliyyə Nazirliyinin də müvafiq olaraq regional idarələri formalaşdırılacaq.

Analoji olaraq lüzumsuz ştatların ləğv edilməsi, idarəetməni optimallaşdırmaq əsas hədəf kimi götürüləcək.

Bundan başqa, rəqəmsallaşma istiqmətində də Maliyyə Nazirliyində əsaslı islahatların aparılması gözlənilir.

Məlumata əsasən, dövlət sifarişi ilə satınalmalarda şəffaflığın təmin edilməsi məqsədilə əsaslı islahatlar həyata keçiriləcək. Satınalmalar üzrə daha effektiv işləyən elektronlaşmış sistemin yaradılması nəzərdə tutulur.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com