Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqAllahverdi Bağırovun qızı: “Ağdamda atamın büstü qoyulacaq”
“Yaxın vaxtlarda Ağdamda atamın büstü qoyulacaq. Bununla bağlı dekabrın 24-də xüsusi nümayəndə Emin Hüseynovun qəbulunda olduq. Daha sonra onun köməkçisi bizimlə əlaqə saxladı və bildirdi ki, yaxın zamanlarda büst Ağdama aparılacaq”.
Oxu.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun qızı, Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova deyib.
“İmarət stadionuna atamın adının veriləcəyini deyirlər. Millət vəkili Aqil Abbas bizə bildirdi ki, belə bir təkliflə çıxış ediblər. Ona görə də, büstün o istiqamətdə qoyulmasını arzulayırıq. Ümumilikdə isə bizim üçün ciddi fərq yoxdur, Ağdamın hər yeri atamı xatırladır, haraya qoysalar, qəbulumuzdur. Yəqin ki, bunu Ağdamın planına uyğun edəcəklər”, – deyə A.Bağırova bildirib.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

