Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqDövlət başçısı İlham Əliyev Timor-Leste Prezidentini təbrik edib
Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. Keçən il Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən Azərbaycan ilə Timor-Leste arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq firavanlıq arzulayıram”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

