Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqƏliyevlə sərhəddə görüşməyə hazıram – Paşinyan
Biz bütün beynəlxalq tərəfdaşlarımızın sülh prosesində rolunu yüksək səviyyədə qiymətləndiririk.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O əlavə edib ki, uzun müddətdir ki, Azərbaycanla iş ikitərəfli formatda aparılır:
“Ötən ilin dekabrındakı birgə bəyanat, 19 aprel bəyanatı və dünən imzalanmış komissiyaların əsasnaməsini nəzərə alaraq, deyə bilərik ki, bu format müəyyən qədər səmərəlilik nümayiş etdirir. Biz bu məsələ ilə bağlı qərar verməliyik, çünki ümumi anlayış ondan ibarətdir ki, indiki mərhələdə biz ikitərəfli formatda işləyirik və nə qədər ki, bununla irəliləyə bilərik, bu, düzgün bir qərardır. Mən bu barədə Rusiya prezidentinə son telefon danışığımızda birbaşa və səmimi dedim”.
Paşinyan vurğulayıb ki, o, ikitərəfli formatla yanaşı, başqa formatlarda da işləməyi istisna etmir:
“Hər bir işə ayrıca məsələ kontekstində ayrıca baxılmalıdır. Avropa siyasi ictimaiyyətinin sammiti zamanı RA-nın görüşdən imtina etdiyi görüntüsü yaratmağa cəhd edilib. RA görüşdən imtina etməyib. Mən özüm də Azərbaycan prezidentinə təklif etmişəm ki, ikitərəfli görüş keçirilsin. Bu, demarkasiya komissiyalarının toplaşdığı Ermənistan-Azərbaycan sərhədində baş verə bilər. Mən də belə təmaslara hazıram. Üçtərəfli təmaslara gəlincə, onun məqsədəuyğunluğu verilən müddətdə, indiki vəziyyətdə dəyərləndirilməlidir”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

