gundemkocaeli.net
Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılıb? – RƏSMİ AÇIQLAMA » Sehidlikugrunda.info|Xeber Portali Xeber Portali
Osgaka Responsive Wordpress Tema
Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müq
Ana Sayfa Gündəm 22.05.2024 47 Görüntüleme

Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasında bəzi kommunal xidmətlərin dayandırılacağı barədə iddialara aydınlıq gətirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən belə bir qərar verilməyib.

“Binanın su təminatında heç bir problem yoxdur”, – deyə o qeyd edib.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu da Oxu.Az-a açıqlamasında deyib ki, sözügedən binada elektrik enerjisinin verilişi dayandırılmayıb.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyevə də sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusunu cavablandıran E.Vəliyev “Azəriqaz” tərəfindən binada hər hansı məhdudlaşdırılma olmadığını qeyd etdi:
“Sözügedən bina sakinləri ilə bizim qurumun heç bir problemi yoxdur. Çünki binalarda quraşdırılan sayğaclar smart-kart tipli sayğaclardır. Yəni abonentlər əvvəlcədən ödənişini edəndən sonra mavi yanacaqdan istifadə edirlər”.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Osgaka Responsive Wordpress Tema
Tema Tasarım | Osgaka.com