Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqQərbi Azərbaycan İcması bəyanat yayıb
Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstututu” adlı qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır:
“Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir.
Qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur. Terroçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır.Qurumun heyətində E.Poqosyan, L. Mirzoyan kimi erməni diasporasının radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur
Qərbi Azərbaycan İcması sözügedən dairələrin Azərbaycana böhtan atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə edilməsini sərt şəkildə qınayır. İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırır”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

