Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında MüqAzərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub – FOTO
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi Xorvatiyanın Tsavtat şəhərində keçirilən Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə 20-ci Beynəlxalq Simpoziumda müzakirə olunub.
Bununla bağlı Oxu.Az-a Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, beynəlxalq tədbirdə Xorvatiyanın bir sıra dövlət rəsmiləri, müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak edib.
Sözügedən simpozium çərçivəsində mina təhlükəsi mövzusunda texniki və idarəetmə problemlərinin həlli yolları, ən son elmi-praktiki nailiyyətlər və minalarla mübarizəyə dair təcrübə mübadilələri aparılıb, o cümlədən, müxtəlif şirkətlər tərəfindən istehsal olunan avadanlıqlar nümayiş olunub.

Agentliyin nümayəndə heyətinin üzvləri tədbirdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə təqdimatla çıxış edərək, bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin vacibliyinə toxunublar.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Benzer Galeriler
-
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
-
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib
-
Şanlı Qələbənin Zəfər Nəfəsi: Xaçmazın Fədakar Həkimi Taleh Vəliməmmədovun Gözü ilə
-
Tarix Yazan Qəhrəmanlarımız Və Qürurla Dolan Həyatımız – BABAZADƏ ORXAN ƏDALƏT
-
Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
-
Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi… – Deputat

